» » Qurban Qurbanov millinin heyətini açıqladı: Şəhriyar Əliyev və Mirabdulla Abbasov da çağırıldı

Qurban Qurbanov millinin heyətini açıqladı: Şəhriyar Əliyev və Mirabdulla Abbasov da çağırıldı

UEFA Millətlər Liqası çərçivəsində noyabrın 17-də Bakı Olimpiya Stadionunda Farer adaları, 20-də isə səfərdə Kosovo yığması ilə qarşılaşacaq millimizin heyəti açıqlanıb.

Premyer.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov 24 futbolçuya dəvət göndərib.

"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov ilk dəfə yığmaya dəvət alıb.

Qapıçılar: Kamran Ağayev ("Keşlə”), Səlahət Ağayev ("Neftçi”), Emil Balayev ("Səbail”)

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı "Qarabağ”), Şəhriyar Əliyev ("Sumqayıt”), Təmkin Xəlilzadə, Urfan Abbasov (hər ikisi "Qəbələ”), Tural Axundov ("Neftçi”), Pavlo Paşayev ("Aleksandriya”, Ukrayna)

Yarımmüdafiəçilər: Qara Qarayev, Araz Abdullayev (hər ikisi "Qarabağ”), Emin Mahmudov ("Neftçi”), Əfran İsmayılov ("Sumqayıt”), Rahid Əmirquliyev ("Səbail”), Cavid İmamverdiyev ("Sabah”), Riçard Almeyda ("Astana”, Qazaxıstan), Dmitri Nazarov ("Erzgebirge”, Almaniya)

Hücumçular: Mahir Mədətov ("Qarabağ”), Mirabdulla Abbasov ("Neftçi”), Ramil Şeydayev ("Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov ("Proysen”, Almaniya), Ruslan Qurbanov ("Səbail”)

558     
Reklam

Reklam