» » Rauf İskəndərov: "Biz birlikdə güclüyük!"

Rauf İskəndərov: "Biz birlikdə güclüyük!"

Rauf İskəndərov: "Biz birlikdə güclüyük!"Azərbaycanın idman mediasına bir ad daha əlavə olundu - Premyer.az idman portalı! Nə deyək, xeyirli-uğurlu, uzun ömürlü və qələmi iti olsun həmkarlarımızın, başda İlkin Baba (red. Babayev) olmaqla! Premyer.az - kommersiya layihəsi deyil və açılmasında əsas məqsəd – sağlam həyat tərzini və idmanı ölkəmizdə, xüsusi ilə də gənclər arasında təşviq və təbliğ etmək, ümumi maraqları olan insanları bir araya gətirməkdir. Hal-hazırda ölkəmizdə onlarla idman portalları fəaliyyət göstərməktədir və bu, özü də sevindirici bir haldır, çünki sağlam rəqabətin olmadığı bir yerdə, heç bir inkişafdan söz gedə bilməz. Ona görə də biz də, öz tərəfimizdən əlimizdən gələni (və gəlməyəni də!) etməyə çalışacağıq ki, Azərbaycanın idman mediası arasında özümüzə layiqli yer tutaq və qısa bir zamanda geniş oxucu auditoriyasını Premyer.az portalına cəlb edək. İdmanın bütün sahələrini əhatə edəcəyinə baxmayaraq, saytda əsas yer, dünyada bir nömrəli idman növü olan – Futbola ayrılacaqdır. Futbol – bir Dünyadır və bu Dünyanın ayrılmaz bir hissəsi olan – Azərbaycan futbolu, geniş bir azarkeş kütləsini öz ətrafında cəmləşdirib. Və təbii ki, bunda media portallarının da böyük bir rolu olub. Əgər biz də, Premyer.az olaraq, idmanımızın və futbolumuzun təbliği üçün az da olsa öz töhvəmizi verə bilsək, o zaman qarşımıza qoyduğumuz məqsədlərdən ən önəmlisini həyata keçirmiş hesab edə bilərik! Sonda isə - idman jurnalistlərinə, idmançılara və bütün idman azarkeşlərinə üzümüzü tutub deyirik: "Premyer.az idman portalı olaraq, biz bütün tənqidlərə, təkliflərə, konstruktiv ideyalara və yeniliklərə hazırıq! Odur ki, çəkinməyin, bizə yazın və bizi izləyin! Biz – birlikdə güclüyük!”
Rauf İskəndərov
567     
Reklam

Digər xəbərlər

Reklam