» » Araz Abdullayev! Yaxşı futbolçu ola bilərdin, xarakterin olsaydı!!! QEYD

Araz Abdullayev! Yaxşı futbolçu ola bilərdin, xarakterin olsaydı!!! QEYD

Araz Abdullayev! Yaxşı futbolçu ola bilərdin, xarakterin olsaydı!!! QEYDDünən "İnter" - "Neftçi" qarşılaşmasından sonra yaşanan rəzalət flaqmanın futbolçularının nə qədər səviyyədən kənar, özbaşına olduqlarını bir daha sübut etdi. Meydana çıxıb onların oyununa, pis nəticəyə etiraz edən azarkeş "Neftçi"nin futbolçuları tərəfindən təzyiqə məruz qaldı, Araz Abdullayev onu yumruqladı. Hələ Cavid Hüseynov hoqqasının səs-səmiri səngiməmiş öz ampluasında olan Araz Abdullayevdən növbəti özbaşınalıq. Araz məsələsinə toxunacağıq. Amma..
.. Hələ aprel ayı idi. "Neftçi"nin mətbuat katibi Gündüz Abbaszadə jurnalistlərdən xahiş elədi ki, bəs Rahil Məmmədov komandaya yeni cəlb olunub, ondan müsahibə alın, futbolçunu işıqlandırın. Adı heç bir dəftərdə olmayan Rahil bu gün stadionda hər kəsin qarşısında azarkeşi döyür. Buna deyən yoxdur ki, sən kimsən? Kimə və nəyə güvənərək belə addım atırsan? Bəlkə, dünyada bizi layiqincə təmsil etmisən, "Neftçi" üçün böyük uğurlara imza atmısan? Uşaq beyninlə nə iş gördüyünü yəqin ki, hələ qanmırsan. Səni var edən, komandan üçün alqış səsləndirən azarkeş bu gün pis nəticəyə də etiraz etməyə haqlıdır. Bu onun hüququdur. Sənin işin isə meydanda mübarizə aparmaqdır. Stadion döyüş poliqonu deyil, ay uşaq! Şükr edirik ki, bu rüsvayçılıq zamanı o azarkeş kütləsi meydana axışmayıb. 
Və əsas məsələ. Araz Abdullayev. Özbaşınalıqları, yöndəmsiz davranışları ilə hər kəsdə özünə qarşı aqressiya yaradan kəs. Yaxşı futbolçu ola bilərdin, yaxşı xarakterin olsaydı. Bununla elə ən yaxşı halda "Neftçi"də oynadığın üçün şükr et qardaş. Ölkə futbolunda hal-hazırda çalışan məşqçilərə nəzər yetir: Qurban Qurbanov, Yunis Hüseynov, Mahmud Qurbanov, Vəli Qasımov, Emin Quliyev, Samir Əliyev... Bunların hansından yaxşı futbolçusan sən? Heç birindən. Qardaş, unutma ki, səndə o kapitanlıq sarğısını daşıyacaq təcrübə, yaş və baş yoxdur!
 
Premyer.az
450     
Reklam

Reklam