» » Ağ yalan və ya FİFA-ya təşəkkür!

Ağ yalan və ya FİFA-ya təşəkkür!

Düzü bilmirəm,yalanın qarası olur,ya yox.Yalanı ağa və qaraya babalarımız bölüb.Yəqin bildikləri bir şey olub.Anladığım budur ki,ağ yalan hədsiz olan yalanlara deyilir.Yəni, görürsən ki,qatıq ağdı,amma biri üzünə dayanır ki,yox, qaradı. Necə ki,bizim futbolumuzun başında dayanan bəziləri bunu edirlər.

"Mərdəkandakı"Dalğa Arena"ya yəqin ki,yolunuz düşüb"demək istərdim,amma inanmıram canından bezməmiş adam ora getmək fikrinə düşə.Tək ona görə yox ki, "dünyanın o başındadır".Həm də ona görə ki,ora düz-əməlli gedib çıxmaq üçün marşurut da yoxdur.Avtomobilin varsa,bu başqa məsələ, uzağı yarım saata mənzil başına çatarsan. Hələ o vaxt tikiləndə yerləşdiyi məkana əsaslanıb oranı uğursuz layihə adlandırmışdım.Çünki azarkeş üçün,jurnalist üçün çox əlverişsiz və uzaq məkanda salınırdı. Düşüncələrimdə yanılmadım. AFFA 1-2 il həmin stadiondan məcburən üzü də istifadə etdi,bəzi klublara da istifadə etdirdi.Lakin tədricən yeni stadionlar tikilincə,Mərdəkana gedənlərin sayı azaldı.İndi yalnız federasiya özü arada uşaq çempionatlarını, "U"ların oyunlarını ora salır.O da ki,boş tribunalar önündə.

Həmin bu"Dalğa Arena"nınqəbul olunmayan digər tərəfi də onun süni örtüklü olması idi.Ümumiyyətlə, AFFA-nıninşa etdiyi stadionların80-Ağ yalan və ya FİFA-ya təşəkkür!90 faizi süni örtüklüdür.Yeganə istisna"Bakcell Arena"dır. Hərsüni örtüyə də bir bəhanə gətirirlər. "Dalğa Arena"nın "süni" olmasına da belə bəhanə gətirmişdilər ki,guya, stadion dəniz sahilində yerləşir,ərazidə torpaq şoran olduğu üçün təbii ot eləmək mümkün deyil.Halbuki, sovet dönəmində Abşeron yarımadasında bütün stadionlar təbii örtüklü olub və heç bir problem də yaşanmayıb.Məlum məsələ idi ki,bu bəhanə əziyyətdən,zəhmətdən qaçıb asan yolla qazanc əldə edən bəzi federasiya məmurları üçün gözəl bəhanə idi.Yadımdadır, stadionun açılışına gələn o vaxtkı UEFA prezidenti Mişel Platini də meydana ayaq basan kimi ilk olaraq əli ilə süni qazona işarə edib narazılığını bildirmişdi.Özü də AFFA prezidenti Rövnəq Abdullayevin yanında.

Həmin vaxtdan xeyli keçib.Qarşıdan gənclərin dünya çempionatı gəlir.Hansı ki,Bakıda keçiriləcək.Final mərhələni təşkil etməyi üzərinə götürən AFFA-a starta 10 ay qalmış çətin vəziyyətə düşdü.Çünki FİFA oyunlar üçün sifariş verilən stadionlar srasında"Dalğa Arena"nı məhz süni örtüklü olduğu üçün qəbul eləmədi.Bildirildi ki,bütün oyunlar təbii örtüklü stadionlar keçirilməlidir və bu mənada Mərdəkandakı stadionun da qazonu dəyişdirilməlidir.Daşa dirənən AFFA geri çəkilməli oldu və...

Məlum oldu ki,demə, bu şoranlıqda 2-3 ayagözəl bir təbii örtük salmaq olarmış. "Dalğa Arena"nınörtüyü dəyişdiriləndən sonra orada olmamışam.Amma çəkilən son fotolardan da görünür ki,təbii qazon göz oxşayır.Demək ki,bu günə qədər şoranlıqla,relyeflə bağlı danışılanlar hamısı ağ yalan imiş.Qısa müddətdə süni örtüyü o cür təbii örtüklə əvəzləyən AFFA özü də öz yalanını ifşa etmiş oldu.Demək ki,istəsək, bütün stadionlarımızı təbii örtüklü edə bilərik.Sadəcə, istəmirik. Zəhmətdən, əziyyətdən qaçdığımız üçün.Sonda AFFA-nınboğazına çöküb onlara bu işi gördürtdüyü üçün öz adımdan FİFA-ya da təşəkkür edirəm.Bu dirənişinizlə nə qədər insanı sevindirdiniz,neçə-neçə futbolçunu ağız zədələrdən xilas etdiniz.

Anar XANLAROV

"Het-trik news” qəzeti

302     
Reklam

Reklam