Premyer.Az > İdman / Manşet > Mahir Əmiraslanov İslam Oyunlarının qızıl medalını qazandı

Mahir Əmiraslanov İslam Oyunlarının qızıl medalını qazandı

Mahir Əmiraslanov İslam Oyunlarının qızıl medalını qazandıMayın 19-da İslamiadada sərbəst güləş yarışlarının birinci günündə Azərbaycan idmançısı Mahir Əmiraslanov qızıl medal qazanıb.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Mahir Əmiraslanov gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmada Qazaxıstan təmsilçisi Jandos İsmailova 5:4 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
Bu çəki dərəcəsində bürünc medallara Türkiyə təmsilçisi Nəbi Uzun və Özbəkistan idmançısı Nodircon Safarov layiq görülüblər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.
Qalib idmançılara medalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib.
Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.



Geri