Premyer.Az > İdman / İdman / İdman / Manşet > Bakı-2017: Bir ailənin ulduz qardaşları - Natiq və Elçin Talıbov! (MÜSAHİBƏ, FOTO)

Bakı-2017: Bir ailənin ulduz qardaşları - Natiq və Elçin Talıbov! (MÜSAHİBƏ, FOTO)

Bakı-2017: Bir ailənin ulduz qardaşları - Natiq və Elçin Talıbov! (MÜSAHİBƏ, FOTO)Hal-hazırda ölkəmizdə davam edən "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımız tarix yazmaqda davam edir. Sevindirici hadır ki, Olimpiya Oyunlarından fərqli olaraq, İslam Oyunlarında paralimpiyaçılar digər idmançılarla birlikdə mübarizə aparır.
 
Premyer.az saytı bugün sizi ölkəmizi paracüdo yarışlarında uğurla təmsil etmiş iki qardaş – Natiq və Elçin Talıbovla tanış etmək istərdik.
Qeyd edək ki, böyük qardaş olan paracüdoçu Natiq Talıbov 73 kg çəki dərəcəsində ölkəmizə bürünc medal, balaca qardaş Natiq Talıbov isə 66 kg çəki dərəcəsində qızıl medal qazandırıblar.
 
 
Premyer.az hər iki idmançımızla müsahibəni diqqətinizə çatdırır:
 
Bakı-2017: Bir ailənin ulduz qardaşları - Natiq və Elçin Talıbov! (MÜSAHİBƏ, FOTO)-        Natiq, İslamidadakı çıxışlarınızı dəyərləndirərdin ilk öncə
-         İdmanda hər şey ola bilər. Yaxşı nəticələr də göstərə bilərsən, uduzada bilərsən. Bu Allahın qismətidir. Mən üçüncü oldum, qardaşım isə birinci oldu, buna da min şükür.
 
-        Nəticələrinizdən razısız?
-         Həlbətdə razıyıq. Hər bir medal bizim üçün böyük bir şərəfdir, medalın böyüyü, kiçiyi olmur. Həlbətdə ki, hamı istəyər ki, qızıl olsun, amma bununla da razılaşırıq.
 
-        Bir ailənin iki üzvü medal qazanmağı bacardı...
-         Bir ailədən iki qardaşın medal alması böyük fəxdir bizim üçün. Belə hallar nadir baş verir, ona görə də çox sevincliyik.
 
-        Yarışdan öncə ikiniz də medal almağı planlaşdırırdız, yoxsa bir medal da kifayət edəcəkdi?
-         İkimizdə medal üçün gəlmişdik. Ağır məşq toplanışlarımız oldu. İkimizin də şəxsi müəllimimiz İlham Zəkiyevdir, onun əməyi böyükdür üzərimizdə. Ondan başqa komandamızın baş məşqçisi İbrahim müəllim yığmanın toplantılarında bizə güclü məşqlər keçdi və bu nəticələrimiz də onların bəhrəsidir.
 
-        Amma təəssüf ki, sən bürünc medalla kifayətlənməli oldun
-         İkimiz də qızıl medal alacağımıza inanırdıq, amma heyif ki bu dəfə alınmadı. Amma buna da min şükür.
 
-        Ən çətin rəqibin kim idi?
-         Uduzduğum rəqib güclü deyildi, mən ondan daha güclü idim, sadəcə olaraq birinci görüşümü qura bilmədim. Ola bilər ki psixoloji də hazır deyildim. Yenə də nəticəmdən razıyam.
 
-         İslamiadada idmançılar üçün yaradılan şəraitdən razısan?
-         Yarışlarımız çox yüksək səviyyədə keçirilir, idmançılar üçün hər bir şərait yaradılıb. Hər bir şeydən razıyıq.
 
İndi isə suallarımız balaca qardaşadır.
 
 
-        Elçin, ilk öncə təbrik edirik səni qızıl medal almağın münasibəti ilə. Sən də öz çıxışını dəyərləndirərdin
-         Məqsədim bu yarışlarda birinci olmaq idi. Ancaq çempionluq üçün vuruşurdum. Allahda bunu mənə nəsib etdi. Öz əziyyətimin bəhrəsini gördüm.
 
-        Bir sual da verək sənə. Sən balaca qardaşsan, qızıl medal aldın. Böyük qardaşın və şəxsi məşqçin İlham Zəkiyev isə bürünc medalla kifayətləndilər. Buna görə özündə günahkar hiss etmirsən?
-         (Gülür) Xeyir, bu idmandır, medalın əyarının fərqi yoxdur. Əsas odur ki, bir ailədən iki nəfər medal almağı bacardıq. Mən də öz növbəmdə şəxsi məşqçimiz İlham Zəkiyevə və millidəki baş məşqçimiz İbrahim müəllimə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Onların bizim üzərimizdəki əməyi danılmazdır.

Müsahibə və Fotolar: Rauf İskəndərov / Premyer.az



Geri