Premyer.Az > İdman > Karate yeniyetmələrin Olimpiadasının proqramına daxil edildi

Karate yeniyetmələrin Olimpiadasının proqramına daxil edildi

Karate yeniyetmələrin Olimpiadasının proqramına daxil edildiBeynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il Yeniyetmələrin Olimpiadasının proqramına daxil etməyi qərara alıb. Premyer.az bildirir ki, bu barədə BOK-un və Dünya Karate Federasiyasının (WKF) rəsmi internet səhifələri məlumat verib. Buenos-Ayres Olimpiadasının təşkilat komitəsinin bu təklifində karate ilə yanaşı idman rəqsləri və idman dağadırmanması növləri də var.
     
Yeniyetmələrin qarşıdakı Olimpiya Oyunlarının proqramında karate yarışları, oğlan və qızların hər birində 3 çəki dərəcində, eləcə də kata çıxışları üzrə keçiriləcək. Argentinanın paytaxtında bu mötəbər idman hadisəsi 2018-ci il oktyabrın 1-12 aralığında təşkil ediləcək. Beləliklə yeniyetmə karateçilər böyüklərdən əvvəl Olimpiadada iştirak edəcəklər.




Geri