Premyer.Az > İdman / Manşet > Muay-Tayçılarımız Avropa çempionatında 3 qızıl medal qazandı (FOTOLAR)

Muay-Tayçılarımız Avropa çempionatında 3 qızıl medal qazandı (FOTOLAR)

6-8 may 2016-cı il tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində Muay-Tay WTKA versiyası üzrə Avropa çempionatı keçirilib.
Premyer.az xəbər verir ki, çempionatda Azərbaycanı  5 idmançıdan ibarət komanda təmsil edib. Böyüklərin yarışında – Abdulrəhman Abdullayev (54 kg), Alid Məmmədzadə (67 kg) və Fərid Məmmədzadə (70 kg), gənclərin yarışında isə -Mirfaiq Qəniyev (51 kg) və  Müslüm Salahov (60 kg) çıxış ediblər.
 
Gərgin mübarizədə 3 idmançımız kürsünün ən yüksək pilləsinə çıxaraq, Avropa çempionu adını qazanıb və ölkəmizə 3 qızıl medal gətirib. Bunlar Mirfayiq Qəniyev , Alid Məmmədzadə və Abdulrəhman Abdullayevdir.
 
Qeyd edək ki, komandanın baş məşqçisi və rəhbəri Şəhriyar İsayevdir.






Geri