Premyer.Az > İdman / İdman / Manşet > Azərbaycan idmançıları "Happy Play True Day!" beynəlxalq aksiyaya qoşuldu! VİDEO

Azərbaycan idmançıları "Happy Play True Day!" beynəlxalq aksiyaya qoşuldu! VİDEO

Azərbaycan idmançıları "Happy Play True Day!" beynəlxalq aksiyaya qoşuldu! VİDEO

Azərbaycan Milli Antidopinq Agentliyi 9 aprel tarixində - Beynəlxalq Təmiz İdman gününə həsr edilmiş kampaniyaya start verib. Premyer.az xəbər verir ki, tanınmış idmançılarımız da bu layihəyə qoşulublar. Bunlar Rəsul Çunayev, İlham Zəkiyev, Hacı Əliyev, Fəridə Əliyeva, Fuad Qurbanov, Siyana Vasilyeva, Aynur Məmmədova, Nazim Babayev, Ruslan Abışov, Ayan Xankişiyeva, Kamran Şahsuvarlı və Rüstəm Orucovdur.

Videoçarxda əks olunan topu saxlayaraq digər idmançıya ötürmək kimi hərəkətlər antidopinq ictimaiyyətinin idmanda dopinqlə birgə mübarizəsini nümayiş etdirir.
Onların məqsədi idmanda düzgünlük və ədalətli oyun prinsipini üstün tutmaq olub.

Rauf İskəndərov / Premyer.az

 

[video=]




Geri