Premyer.Az > İdman / İdman / Manşet > Adil Əliyevin təşəbbüsü ilə idmançılarımız qanvermə aksiyasında iştirak etdi - FOTOLAR

Adil Əliyevin təşəbbüsü ilə idmançılarımız qanvermə aksiyasında iştirak etdi - FOTOLAR

Adil Əliyevin təşəbbüsü ilə idmançılarımız qanvermə aksiyasında iştirak etdi - FOTOLARMilli Məclisin Sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü ilə, adı çəkilən komitə, "Yaşatmaq, yaşamaq qədər gözəldir” adlı qanvermə aksiyası keçirib.

Premyer.az xəbər verir ki, bir çox insanların qoşulduğu bu xeyirxah aksiyada, Respublikamızın tanınmış idmançıları – Hacı Əliyev, Elxan Məmmədov, Eduard Məmmədov və digərləri də iştirak edib. Toplanmış qan qarşılıqsız olaraq irsi qan xəstələrinə və talassemiyalı vətəndaşlarımıza veriləcək.

Məlumat üçün bildiririk ki, Qan Bankında donorların təhlükəsiz şəraitdə qan verməsini təmin etmək məqsədilə girişdə bədən hərarətinin yoxlanılması üçün termal kamera yerləşdirilib. Donorlar gigiyenik vasitələr ilə təchiz edildikdən sonra minimum təmas olmaqla qan verməkdədirlər. Qan verən donorlara lazım gəldikdə qan vermə barədə arayışlar da verilir.

Özünü sağlam hiss edən, səhhəti qan verməyə imkan verən hər bir kəsdən Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankına (Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 87) yaxınlaşaraq qan verməsini xahiş edirik.

Rauf İskəndərov / Premyer.az

Geri