Premyer.Az > İdman / Manşet > Akrobatlarımızdan Avropa Çempionatında daha bir bürünc medal

Akrobatlarımızdan Avropa Çempionatında daha bir bürünc medal

Akrobatlarımızdan Avropa Çempionatında daha bir bürünc medalAkrobatika gimnastikası üzrə İsrailin Holon şəhərində keçirilən Avropa Çempionatında yığma komandanın üzvləri  medallar qazanmağa davam edirlər.

Yarışların ikinci günündə növbəti medal xəbəri qarışıq cütlük tərkibində böyüklər yaş qrupunda çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan gəldi. Balans hərəktələri üzrə final  çıxışlarına görə 28.130 xal alan gimnastlar bürünc medala layiq görülüblər.

Bu gün böyüklər arasında çıxış edən Seymur Cəfərov və Murad Əkpərovdan ibarət kişi cütlüyü isə temp hərəkətlərinin finalında 6-cı yerdə qərarlaşıb.



Geri