Premyer.Az > İdman / Manşet > FİDE Azərbaycanın yeni şahmat qrossmeysterlərinin adlarını açıqladı! SİYAHI

FİDE Azərbaycanın yeni şahmat qrossmeysterlərinin adlarını açıqladı! SİYAHI

FİDE Azərbaycanın yeni şahmat qrossmeysterlərinin adlarını açıqladı! SİYAHI27-30 iyun 2019-ci il tarixlərində Bakıda keçirilən FİDE Prezident Şurasının iclasında verilən titulların siyahısı dərc olunub. 

Premyer.az Chess.az-a istinadən xəbər verir ki, iyunun sonunda Bakıda keçirilən Ali şahmat qurumunun Prezident Şurasının iclasında qəbul olunmuş qərarlara əsasən, 100-dən artıq şahmatçı və hakim yeni titullarına qovuşub.
 
Onların arasında bir neçə həmyerlimiz də var. Beləliklə, gənc şahmatçımız Ülvi Sadıqov - Beynəlxalq Qrossmeyser (GM) adına rəsmən yiyələnib.  Aydın Süleymanlı - Beynəlxalq Usta (İM), Xanım Balacayeva - Beynəlxalq Qrossmeyster (WGM), Nərmin Söyünlü isə Beynəlxalq Usta (WIM) adına layiq görülüblər.
 
Bundan əlavə Məcid Əfəndiyev və Cavanşır Bağırov Beynəlxalq Dərəcəli hakim (İA) adını alıb. 



Geri