Premyer.Az > İdman > Gimnastlarımız Bolqarıstandan 5 medalla qayıdır!

Gimnastlarımız Bolqarıstandan 5 medalla qayıdır!

Gimnastlarımız Bolqarıstandan 5 medalla qayıdır!Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir yekunlaşıb.
Ölkəmizi bu yarışda fərdi proqramda çıxış edən Yelizaveta Luzan və Fatimə Əkbərova təmsil ediblər. Gimnastlarımız ümumi hesabda 5 medal qazanıblar. Belə ki, Yelizaveta çoxnövçülük xallarına əsasən ilk olaraq bürünc medal qazanıb. Ayrı-ayrı alətlər üzrə finallara gəldikdə isə top və lent ilə çıxışları gimnastımıza qızıl, gürzlərlə kompozisiyası isə bürünc medal qazandırıb.
Fatimə isə lent ilə çıxışlarına görə bürünc medala sahiblənib.



Geri