Premyer.Az > İdman / İdman / Manşet > Hacı Əliyev: "Növbəti hədəfim Tokio Olimpiadasında qızıl medal qazanmaqdır"

Hacı Əliyev: "Növbəti hədəfim Tokio Olimpiadasında qızıl medal qazanmaqdır"

Hacı Əliyev: "Növbəti hədəfim Tokio Olimpiadasında qızıl medal qazanmaqdır"Əvvəlki qarşılaşmalarda rəqibimə uduzmağıma baxmayaraq, bu final görüşünə çox ciddi hazırlaşmışdım. Gürcüstanlı Olimpiya çempionunun qarşılaşmalarını ciddi təhlil etdiyimdən bu görüşdə qalib gələrək ikinci Avropa Oyunlarının qızıl medalını qazana bildim.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu "Minsk 2019” ikinci Avropa Oyunlarının sərbəst güləş yarışlarında 65 kiloqram çəki dərəcəsində çempion olan Hacı Əliyev jurnalistlərə açıqlamasında deyib.
Final qarşılaşmasının çox gərgin keçdiyini vurğulayan güləşçimiz deyib: "Final görüşünün çətin olacağını əvvəlcədən bilirdim. Çünki rəqib olduqca güclü idmançıdır. Növbəti hədəfim Tokio Olimpiadasında qızıl medal qazanmaqdır.
Xatırladaq ki, Hacı Əliyev üçqat dünya və üçqat Avropa çempionu, "Rio 2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, "Bakı 2015” birinci Avropa Oyunlarının qalibidir.



Geri