Premyer.Az > İdman / Manşet > Azərbaycan ilk dəfə bu idman növü üzrə Dünya Kubokunda iştirak etdi

Azərbaycan ilk dəfə bu idman növü üzrə Dünya Kubokunda iştirak etdi

Azərbaycan ilk dəfə bu idman növü üzrə Dünya Kubokunda iştirak etdiÖtən həftə, Fransanın Monpelye şəhərində Parkur üzrə Dünya Kuboku keçirilib.
Turnirdə 21 ölkədən 40-a yaxın iştirakçı "Speed Run” və "Freestyle” proqramında yarışıblar.
Ölkəmiz də ilk dəfə olaraq, bu idman növü üzrə kubokda iştirak edib. Təmsilçilərimiz Elvin Qocayev və Əli Mərdanov hər iki proqramda çıxış ediblər. "Speed Run” proqramında Elvin 23-cü, Əli isə 25-ci yerdə qərarlaşıb. "Freestyle”da isə idmançılarımız müvafiq olaraq, 20 və 21-ci olublar.
Xatırladaq ki, ötən ilin dekabr ayında Bakıda keçirilmiş Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Ali konqresində alınmış qərara əsasən, Parkur idman növü rəsmi olaraq FIG-nin fəaliyyətinə daxil edilmişdir. Daha sonra paytaxtımızda bu idman növü üzrə 13 ölkənin iştirakı ilə təqdimat xarakterli kurslar keçirilmişdir.



Geri