» » » Şahanə Nəzərova Olimpiadada bürünc medal qazanıb

Şahanə Nəzərova Olimpiadada bürünc medal qazanıb

Şahanə Nəzərova Olimpiadada bürünc medal qazanıbArgentinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan güləşçisi Şahanə Nəzərova (43 kq) mübarizəyə start verib.
B qrupunda yer alan Şahanə Nəzərova ilk görüşdə braziliyalı rəqibinə vaxtından əvvəl qalib gəlib.
Nigeriyalı güləşçi də təmsilçimizə müqavimət göstərə bilməyib. Ancaq 3-cü görüşdə Şahanə son dünya çempionatının finalında uduzduğu amerikalı güləşçiylə bacarmayıb. Ruhdan düşməyən Nəzərova qrupdakı son qarşılaşmasında fransalı rəqibinə qalib gələrək B qrupunu 2-ci yerdə tamamlayıb. Nəticədə həmyerlimiz bürünc medal uğrunda A qrupunda 2-ci pillədə qərarlaşan Monqolustan təmsilçisi ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə minimal hesabla rəqibinə qalib gələn Şahanə Olimpiadanın bürünc medalını qazanıb.
B qrupu
Şahanə Nəzərova - Elena Heloisa Martines (BRA) 11:0
Şahanə Nəzəova - Tolulop Kristina Oqunsanya (NGR) 6:0
Şahanə Nəzərova - Emili Şilson (USA) 2:12
Şahanə Nəzərova - Justin Fanni Viquro (FRA) 3:0
Bürünc medal görüşü - Şahanə Nəzərova - Enxzul Batbaatar (MGL) 7:6
85     
Reklam

Reklam