» » » Güləş yığmalarımızın açıq məşqi olacaq

Güləş yığmalarımızın açıq məşqi olacaq

Güləş yığmalarımız Macarıstanda keçiriləcək dünya çempionatının hazırlığını davam etdirir.

Xəbər verdiyimiz kimi, qadınlardan ibarət millimiz Türkiyədə, sərbəst və yunan-Roma güləşi üzrə komandalarımız isə vətəndə təlim-məşq toplanışı keçir. Sabah həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yığmalarımızın mətbuat üçün açıq məşqi baş tutacaq. Saat 11.00-da Olimpiya Güləş Mərkəzində başlayacaq hazırlıq prosesində baş məşqçilər – Firdovsi Umudov və Şaban Donat jurnalistlərin suallarını cavablandıracaq.

Bütün KİV nümayəndələri açıq məşqə dəvətlidir.
67     
Reklam

Reklam