» » » Hamilton: “Geriləmənin səbəbini Sebastyan bilər”

Hamilton: “Geriləmənin səbəbini Sebastyan bilər”

Mercedes komandasının sürücüsü Lyuis Hamilton bildirib ki, Fettelin çempionluq uğrunda mübarizədən belə tez düşəcəyini gözləmirmiş.
F-1.az xatırladır ki, britaniyalı sürücü Yaponiyada qalib gələrək son 7 yarışda 6-cı qələbəsini əldə edib və mövsümün sonuna qalan 4 yarışa 67 xal öndə girir.
Lyuis Hamilton: "Mövsümün ortasına qədər çox güclü idi. Montsada və Sinqapurda yaxşı idilər, amma ondan sonra hər şey dəyişməyə başladı. Belə geriləməklərini gözləmirdim. Performansları əvvəlki kimi güclü deyil. Buna deməyə sözüm yoxdur, çünki onların performansına fokuslanmamışam. Amma Sebastyan səbəbini yaxşı bilər. Biz öz işimizə fokuslanmışıq”.
70     
Reklam

Reklam