» » » AFFA və "Kəpəz" PFK İB-dən xeyirxah addım!

AFFA və "Kəpəz" PFK İB-dən xeyirxah addım!

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə AFFA və "Kəpəz" PFK İctimai Birliyinin əməkdaşları Gəncə şəhərindəki uşaq evində olub. Valideyn himayəsindən mərhum olan uşaqların bayramlarını təbrik edən  tədbir iştirakçıları onlara hər iki qurum adından toplar və idman geyimləri  təqdim ediblər. Qonaqlara dərin təşəkkürünü bildirən uşaq evinin kollektivi ilə sonda xatirə şəkli çəkilib.
 
 affa.az
 
 
274