» » » Bakıda “UEFA Certificate in Football Management” tədris kursunun seminarı keçirilib

Bakıda “UEFA Certificate in Football Management” tədris kursunun seminarı keçirilib

Dekabrın 3-də və 4-də Bakıda "UEFA Certificate in Football Management” tədris kursunun seminarı keçirilib.
 
Premyer.az AFFA-ya istinadən xəbər verir ki, proqramın məqsədi UEFA-nın üzvləri və partnyorları arasında idman, xüsusi ilə futbol menecmenti üzrə biliklərin artırılmasıdır. Proqram UEFA və Lozanna Universitetindəki  "Swiss Graduate School of Public Administration” (IDHEAP) dəstəyi ilə UEFA-nın üzvü olan müxtəlif ölkələrdə keçirilir. 
 
Tədbirdə AFFA-nın, Azərbaycan klublarının və beynəlxalq futbol təşkilatlarının nümayəndələri iştirak edib.
132