» » » Yunan-roma yığmamız Avropa üçüncüsü oldu - FOTOLAR

Yunan-roma yığmamız Avropa üçüncüsü oldu - FOTOLAR

Yunan-roma yığmamız Avropa üçüncüsü oldu - FOTOLARRusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Çempionatda yunan-Roma güləşi yarışları başa çatıb. Yığma komandamız çempionatı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. 

Qızıl medalı yığmamıza Eldəniz Əzizli (55 kq) qazandırıb. Murad Məmmədov (60 kq) və Rəsul Çunayev (72 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Elvin Mürsəliyev (77 kq) və Rafiq Hüseynov (82 kq) qazandırıb. 

Bu nəticə ilə yığmamız komanda hesabında 113 xal toplayaraq Avropa üçüncüsü olub. Rusiya 169 xalla birinci, Gürcüstan 127 xalla ikinci olub. 
Yunan-roma yığmamız Avropa üçüncüsü oldu - FOTOLAR
Yunan-roma yığmamız Avropa üçüncüsü oldu - FOTOLAR
Yunan-roma yığmamız Avropa üçüncüsü oldu - FOTOLAR
192     
Reklam

Reklam