» » » Bakı növbəti Dünya Kubokunu uğurla yola saldı

Bakı növbəti Dünya Kubokunu uğurla yola saldı

Bakı növbəti Dünya Kubokunu uğurla yola saldıMilli Gimnastika Arenasında növbəti beynəlxalq yarışa - bədii gimnastika üzrə Dünya Kubokuna yekun vuruldu.  Dünyanın hər yerindən olan gimnastların artıq doğma məkanına çevrilmiş arena 3 gün boyunca bədii gimnastların icrasında möhtəşəm bir gimnastika tədbirinə şahidlik etdi. 26 ölkədən paytaxtımıza təşrif buyurmuş gimnastlar yarışların sonuncu günü həm ayrı-ayrı alətlər üzrə, həm də qrup hərəkətləri proqramında final çıxışlarını icra edərək, öz aralarında qalibləri, həmçinin FIG və AGF Trophy kuboklarının sahiblərini müəyyənləşdirdilər.
Ölkəmizi isə bu turnirdə fərdi proqramda Zöhrə Ağamirova və Veronika Hudis, həmçinin Ayşən Bayramova, Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova və Diana Domandan ibarət qrup hərəkətləri komandası təmsil edirdi.
Turnirin son günü Azərbaycanın qrup hərəkətləri komandasının 5 halqa ilə final çıxışları baş tutdu.  Həyəcanla gözlənilən bu mərhələdə qızlarımız öz kompozisiyalarını qüsursuz icra edərək, Dünya Kubokunun bürünc medalına sahibləndilər.
Qrup komandamızın 3 top - 2 iplə ilə çıxışları isə onları finalda 5-ci yerdə qərarlaşdırdı.
Fərdi mübarizədə isə 4 alət üzrə çıxışlarının ümumi nəticəsinə əsasən çoxnövçülükdə Veronika Hudis 12-ci, Zöhrə Ağamirova isə 17-ci yerdə qərarlaşdılar.
Hər zaman yenilikləri ilə fərqlənən təşkilat komitəsi bu dəfə bədii gimnastika yarışlarına canlı musiqilərin ifası ilə xüsusi gözəllik qatdı. Çıxışlar arası milli və xarici musiqiləri peşəkarcasına səsləndirən ifaçılar həm tamaşaçılara, həm də idmançılara zövqlü anlar yaşatdılar. Və əlbəttə yarış həyəcanını azaltmaq üçün məzəli zarafatları ilə hər kəsə əyləncəli anlar yaşadan federasiyanın maskotu Qur-Qur da öz çıxışları ilə gimnastika yarışlarına bir fərqlilik qatdı.
Bununla da, Azərbaycan Gimnastika Federasiyası bədii gimnastika üzrə Bakıda təşkil olunan sayca 6-cı Dünya Kubokunu uğurla başa vurdu.
216     
Reklam

Reklam