» » » Xaçmazda "Federasiya kuboku" yarışı keçirilib

Xaçmazda "Federasiya kuboku" yarışı keçirilib

Azərbaycan Cüdo Federasiyasının qarşısında duran prioritet məsələlərdən biri də regionlarda bu idman növünün kütləviliyi və inkişaf etdirilməsidir.
Federasiyanın dəstəyi ilə bir neçə bölgədə cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar. Artıq respublikamızın bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perespektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.
Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə növbəti yarış Xaçmazda keçirilib.  Regionlar arası "Federasiya kuboku" uğrunda turnir bu ilin sentyabrında Bakıda baş tutacaq cüdo üzrə dünya çempionatının təbliğinə həsr olunub. Daha yaxşı nəticə göstərən "Şimal-Şərq 1" komandası mərhələ yarışının qalibi olub. "Sumqayıt 2" klubu 2-ci, "Naxçıvan 1" komandası isə 3-cü yeri tutub. Yeniyetmə cüdoçular arasında "Federasiya kuboku" uğrunda komanda yarışlarının növbəti mərhələsi mayda keçiriləcək.
128     
Reklam

Reklam