» » » Bakıda "World Fighting Championship Akhmat" adlı döyüş gecəsi keçiriləcək

Bakıda "World Fighting Championship Akhmat" adlı döyüş gecəsi keçiriləcək

Mayın 4-də saat 19:00-da Bakı Olimpiya Stadionunun (BOS) əsas meydançasında WFCA-48 (World Fighting Championship Akhmat) adlı döyüş gecəsi keçiriləcək.
 
Azərbaycan, Rusiya, Ukrayna, Braziliya, Qırğızıstan və ABŞ döyüşçülərinin də qatılacağı gecənin təşkilatçıları "Axmat", Azərbaycan Cüdo Federasiyası və "Olimpiya" Peşəkar Döyüş Klubudur.
 
 
Gecədə 10 döyüş və 1 superdöyüş təşkil ediləcək. Azərbaycanı 4 döyüşçü - Vüqar Kərəmov, Mehman Məmmədov, Tofiq Musayev və Bəxtiyar Arzumanov təmsil edəcək. Superdöyüş isə iki rusiyalı döyüşçü - Maqomedrəsul Xasbulayev və Salman Jamaldayev arasında keçiriləcək.
243     
Reklam

Reklam