» » » Azərbaycan nümayəndə heyəti XXVIII Qış Olimpiya Oyunlarının paytaxtına yola düşdü

Azərbaycan nümayəndə heyəti XXVIII Qış Olimpiya Oyunlarının paytaxtına yola düşdü

Azərbaycan nümayəndə heyəti XXVIII Qış Olimpiya Oyunlarının paytaxtına yola düşdüAzərbaycan nümayəndə heyəti XXVIII Qış Olimpiya Oyunlarında iştirak etmək üçün bu gün, fevralın 8-də Koreya Respublikasının Pxençxan şəhərinə yola düşür. Premyer.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) məlumat verilib.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyətinə MOK-un baş katibinin müavini Azər Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və digərləri daxildir.
Ölkəmiz 1998-ci ildən bəri Qış Olimpiya Oyunlarında iştirak edir. Budəfəki Oyunlarda slalom və böyük slalom yarışlarında Azərbaycanı Patrik Braxner təmsil edəcək.
Pxençan-2018 Olimpiya Oyunlarında 92 ölkədən 2952 idmançı iştirak edəcək. Bu, indiyə qədər Qış Olimpiadasında iştirak etmiş ən çox idmançı sayıdır. Oyunlara ən çox idmançı ilə qatılan ölkə Amerika Birləşmiş Ştatlarıdır (242 atlet).
45     
Reklam

Reklam