» » » Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırıldı! FOTOLAR

Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırıldı! FOTOLAR

Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırıldı! FOTOLARKoreya Respublikasının Pxençan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunlarının Olimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan yığmasının şef-demissionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin nümayəndəsi Həsənağa Rzayev və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, fevralın 9-da açılış mərasimi ilə start götürəcək "Ağ Olimpiadada" ölkəmiz Patrik Braxner ilə təmsil olunacaq. O, slalom və böyük slalom yarışlarında mübarizə aparacaq. Atlet "Pxençan-2018”ə lisenziyanı müxtəlif yarışlarda topladığı xallar sayəsində qazanıb.
Koreya Respublikasında Qış Olimpiya Oyunları fevralın 25-də başa çatacaq.
Xatırladaq ki, ölkəmiz 1998-ci ildən bəri Qış olimpiadalarında təmsil olunur.

Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırıldı! FOTOLAR
Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırıldı! FOTOLAR
231     
Reklam

Reklam