» » » Azərbaycanı 2018 Pxençxan Qış Olimpiya Oyunlarında kim təmsil edəcək? FOTOLAR

Azərbaycanı 2018 Pxençxan Qış Olimpiya Oyunlarında kim təmsil edəcək? FOTOLAR

Daha öncə də xəbər verdiyimiz kimi, fevralın 8-də Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunları start götürəcək.
 
Premyer.az xəbər verir ki, Azərbaycan mötəbər yarışlarda bir idmançı ilə təmsil olunacaq. Bu dağ xizəkçisi Patrik Braxnerdir.

 

Avstriyalı legioner idmançımız kişilər arasında slalom və böyük slalom yarışlarında qüvvəsini sınayacaq.

25 yaşlı idmançı karyerasında ikinci dəfə olimpiadaya qatılacaq. O, 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilmiş XXII Qış Olimpiya Oyunlarında da ölkəmizi təmsil etmiş və Açılış Mərasimində Azərbaycan nümayəndə heyətinin bayraqdarı da olmuşdu. Həmin vaxt böyük slalom növündə 53-cü yeri tutan Braxner, slalomçuların mübarizəsində finişə çata bilməmişdi.

 

Qeyd edək ki, Braxnerin bu yaxınlarda şəxsi problemi ortaya çıxdığından, federasiya Pxençxana andorralı Robert Solsonanı yollamaq qırarına gəlmişdi. Lakin Braxner problemini yoluna qoyduğundan, bu qərar dəyişdirilmişdi.



Azərbaycanı 2018 Pxençxan Qış Olimpiya Oyunlarında kim təmsil edəcək? FOTOLAR
477     
Reklam

Reklam