» » » XXIII Qış Olimpiya Oyunlarının Açılış Mərasiminin başlama saatı açıqlanıb

XXIII Qış Olimpiya Oyunlarının Açılış Mərasiminin başlama saatı açıqlanıb

XXIII Qış Olimpiya Oyunlarının Açılış Mərasiminin başlama saatı açıqlanıb2018-ci ildə fevral ayının 9-25 arası Cənubi Koreyanın Pxençxan şəhərində təşkil olunacaq XXIII Qış Olimpiya Oyunlarının Açılış Mərasiminin başlama saatı açıqlanıb. Premyer.az xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. 
 
92 ölkə təmsilçilərinin iştirak edəcəyi yarışlara 6 ölkə idmançıları tarixində ilk dəfə qatılacaq. Bunlar Kosovo, Malayziya, Nigeriya, Sinqapur, Ekvador və Eritreyadır.
 
Qeyd edək ki, Azərbaycan ardıcıl olaraq 6-cı dəfə "Ağ Olimpiada"ya qatılacaq.
171     
Reklam

Reklam