» » » Holland azarkeşlər bu mərhələni çox sevəcəklər – onlar üçün əsl bayram olacaq!

Holland azarkeşlər bu mərhələni çox sevəcəklər – onlar üçün əsl bayram olacaq!

Holland azarkeşlər bu mərhələni çox sevəcəklər – onlar üçün əsl bayram olacaq!Almaniya Qran Prisi birillik fasilədən sonra bu il yenidən Hokkenhaym trası ilə təqvimə qayıdıb. Hollandiyanın Sportstadion şirkəti tribunalardan birinə Maks Ferstappenin adının veriləcəyini bildirib.
Şirkətin açıqlamasında bildirilir: "Spa və Şpilberqdə Maksın adına olan tribunaların xüsusi ab-havası var idi. Analoji hal Hokkenhaymda da olacaq. Holland azarkeşlər bu mərhələni çox sevəcəklər – onlar üçün əsl bayram olacaq”.
Gənc hollandiyalı sürücünün adına Spa və Red Bull Ring traslarında da tribuna var və ötən il hər iki tribunaya bütün biletlər satılmışdı.
Qeyd edək ki, yarış həftəsonu üçün həmin tribunaya biletlərin qiyməti uşaqlar üçün 75 avro, böyüklər üçün isə 249 avro olacaq.
129     
Reklam

Reklam