» » » Cüdo üzrə Bakı birinciliyinə start verilib

Cüdo üzrə Bakı birinciliyinə start verilib

"Sərhədçi" Olimpiya İdman Mərkəzində kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyinə start verilib. Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 551 cüdoçu mübarizə aparır. Paytaxtın 48 klubunu təmsil edən kiçik yaşlı cüdoçular qalib adı uğrunda yarışıblar. Birinciliyin ilk günü oğlanlarda üç, qızlar arasında isə bütün çəki dərəcələrində mükafatçılar müəyyənləşib. Müxtəlif çəki dərəcələrində Nihan Hüseynova, Sona Baxışova, Darya Bıkova, Aliyə İsmayılzadə, Fəridə Mirzəyeva, Zəhra Əliyeva, Nübar Abdullayeva, Gülnarə Gülməmmədli, Ayan Allahverdiyeva, Əliağa Mirzəyev, Fərid Qarayev və Arif Baxşıyev bütün rəqiblərinə qalib gələrək Bakı birinciliyinin qalibi adına layiq görülüblər. Mükafatçılara diplom və medallar təqdim olunub.
100     
Reklam

Reklam