» » » Ölümün MAT etdiyi oğlan... Bu gün Vüqar Həşimovun anım günüdür

Ölümün MAT etdiyi oğlan... Bu gün Vüqar Həşimovun anım günüdür

Ölümün MAT etdiyi oğlan... Bu gün Vüqar Həşimovun anım günüdürBu gün Azərbaycanın və dünyanın məşhur şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu olmuş Vüqar Həşimovun anım günüdür.
Premyer.az xəbər verir ki, Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) şahmat olimpiadalarında Azərbaycan komandası uğrunda çıxış edib, həmçinin 2009-cu il 7-9 may tarixlərində Bakıda Heydər Əliyev Kuboku çərçivəsində dünya yığması ilə qarşılaşmada Azərbaycanın yığmasının tərkibində olub.
2007-ci ildə Avropa çempionatında bürünc medal qazanıb, 2009-cu ildə Azərbaycan yığması ilə Avropa çempionu olub (son turda komandamıza həlledici xalı Vüqar qazandırmışdı).
Azərbaycan yığması ilə 2011-ci ilin vitse-çempionu və 2010-2011-ci illərdə Reggio Emilia turnirinin qalibi adını qazanıb.
Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. 14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunmuş və eyni gündə o, III Fəxri Xiyabanda dəfn edilmişdir.
 
24 iyul 2014-cü il tarixində Vüqar Həşimovun qəbirüstü abidəsinin açılış mərasimi olub. Bürüncdən olan abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir.
Ölümün MAT etdiyi oğlan... Bu gün Vüqar Həşimovun anım günüdür
 
ALLAH RƏHMƏT ELƏSİN....
39     
Reklam

Reklam