» » » 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 2-ci "Arpachay Open" beynəlxalq karate turniri keçiriləcək

20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 2-ci "Arpachay Open" beynəlxalq karate turniri keçiriləcək

20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 2-ci "Arpachay Open" beynəlxalq karate turniri keçiriləcəkYeni ilin ilk günlərində Bakıda ənənəvi beynəlxalq karate turniri keçiriləcək.      
Premyer.az xəbər verir ki, 13-14 yanvar tarixlərində Azərbaycan Milli Karate Federasiyası (AMKF) və "Arpaçay" klubunun birgə təşkil etdiyi, 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş növəti yarış olacaq. Turnirin təntənəli açılış mərasimi ayın 14-də saat 17:00-da başlanacaq.
     
2-ci "Arpachay Open" beynəlxalq karate turnirindən bir gün əvvəl isə 5 qat dünya və 13 dəfə avropa çempionu Rafael Ağayevin Azərbaycanda ilk beynəlxalq seminarı təşkil olunacaq. Bu seminar da 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunur.
     
Hər iki idman tədbiri Bakı İdman sarayında keçiriləcək. Yarışlarda 6-17 yaşlı uşaqlar, yeniyetmə və gənclər mübarizə aparacaq. Yanvarın 13-də 6-7, 8-9 və 10-11 yaşlı uşaqlar, ertəsi gün isə 12-13, 14-15 və 16-17 yaşlı idmançılar tatamiyə çıxacaq. Fərdi kata və kumite yarışlarından əlavə, kumitedə komanda çıxışları da olacaq. 
     
49     
Reklam

Reklam