» » » Həmyerlilərimiz Əlcəzairdə master klas keçdi

Həmyerlilərimiz Əlcəzairdə master klas keçdi

Həmyerlilərimiz Əlcəzairdə master klas keçdiBədii gimnastika üzrə milli komandamızın məşqçisi Lalə Məhərrəmova və gimnastımız Zöhrə Ağamirova master klas keçmək üçün Əlcəzairə yollanıblar.
 
Afrika Oyunlarına hazırlaşan Əlcəzairin bədii gimnastika üzrə yığma komandasının üzvlərinə ustad dərsləri keçən təmsilçilərimiz, onlara bir sıra elementlər nümayiş etdirib və çıxış proqramlarına düzəlişlər ediblər.
 
Dərslər çərçivəsində məşqçimiz və gimnastımızla görüşən Əlcəzairin Bədii Gimnastika Federasiyasının prezidenti Zahi Sofiane həmvətənlilərimizə  böyük diqqət göstərərək, onlara "Təşəkkür” plaketi təqdim edib.   
 
Dekabr ayının 23-də başlayan master klas bu gün, yanvar ayının 8-ndə başa çatacaq.
31     
Reklam

Reklam