» » » "Onları tanıyaq" rubrikasında - Ziya Rəcəbov (Voleybol, FOTOLAR)

"Onları tanıyaq" rubrikasında - Ziya Rəcəbov (Voleybol, FOTOLAR)

"Onları tanıyaq" rubrikasının növbəti qonağı, kişilərdən ibarət Azərbaycan Milli komandasının köməkçi məşqçisi, 2-ci dərəcəli beynəlxalq məşqçi Ziya Rəcəbovdur. 
 

Rəcəbov Ziya Gündüz oğlu 14 avqust 1982-ci ildə Ağsu rayonunda anadan olub. 1989-cu ildə Ağsu şəhərində 1 saylı orta məktəbə gedib. 7-ci sinifə kimi bu məktəbdə oxuyub. Daha sonra ailəsi ilə birlikdə Bakıya köçüb və təhsilini Bakının Mikayıl Müşviq adına 183 saylı orta məktəbində davam etdirib. 2000-2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman Oyunları bölməsində təhsil alıb. 2005-2008-ci illərdə hərbi xidmətdə olub. 2008-ci ildə ailə həyatı qurub. İki qızı var.

 

Voleybolla məktəbdə oxuyarkən, 7-ci sinifdə məşğul olmağa başlayıb. Buna qədər sambo ilə məşğul olub. Bu idman növü üzrə keçirilən müxtəlif turnirlərdə iştirak edərək, respublika çempionu adını da qazanıb. 10-cu sinifdən, tanınmış məşqçi İqor Kutukovun rəhbərliyi altında voleybolla daha ciddi məşğul olub.

Klub karyerası

Professional voleybolçu karyerasına 2000-ci ildə, birinci liqada çıxış edən "Şimşək" komandasında başlayıb. 2003-2004-cü illərdə yüksək liqada çıxış edən "Loğman" klubunun şərəfini qoruyub. 2004-cü ildə "Metropoliten" klubuna keçib. Əsgərliyini bitirdikdən sonra, 2008-ci ildə "Neftçi" klubunda çıxış etməyə başlayıb. Voleybolçu karyerasını da 2014-cü ildə bu klubda bitirib.

Məşqçi karyerası

Məşqçilik karyerasına 2010-cu ildə qadınlardan ibarət "Şirvan" voleybol klubunda başlayıb. Bir il bu klubda 2-ci məşqçi vəzifəsində fəaliyyət göstərib.

2011-2015-ci illərdə "Rabitə" qadın voleybol klubunda köməkçi məşqçi[1], eyni müddət ərzində bu klubun əvəzediciləri sayılan "Telekom" komandasında da eyni vəzifədə çalışıb.

2015-ci ildən etibarən kişilərdən ibarət Azərbaycan Milli komandasında köməkçi məşqçidir.

2015-2016-cı illərdə qadınlardan ibarət "Azəryol" komandasında ilk öncə ikinci məşqçi, daha sonra isə baş məşqçi vəzifələrində çalışıb. Eyni zamanda kişilərdən ibarət Milli yığma komandanın da köməkçi məşqçisi vəzifəsini icra edib.[2]

2017-ci ildə, 4 ay ərzində "Neftçi" kişi voleybol klubunun baş məşqçisi olub.

 
Ziya Rəcəbov 2000-ci ildə Azərbaycan Voleybol Federasiyası tərəfindən idman ustasına namizəd, 2016-cı ildə isə CEV tərəfindən ikinci dərəcəli məşqçi adına layiq görülüb.

Uğurları

Voleybolçu kimi

"Şimşək" KVK

  • 2000-2001 "Şimşək" KVK, birinci liqanın qalibi
  • 2001 "Şimşək" KVK, "Bahar Kuboku"nda 3-cü yer

"Metropoliten" KVK

  • 2004-2005 "Metropoliten" KVK, Respublika çempionatının qalibi

"Neftçi" KVK

  • 2008-2009 "Neftçi" KVK, Respublika çempionatının qalibi
  • 2009-2010 "Neftçi" KVK, Respublika çempionatının qalibi
  • 2010-2011 "Neftçi" KVK, Respublika çempionatının qalibi
  • 2011-2012 "Neftçi" KVK, Respublika çempionatının qalibi
  • 2012-2013 "Neftçi" KVK, Respublika çempionatının qalibi
  • 2013-2014 "Neftçi" KVK, Respublika çempionatının qalibi

Məşqçi kimi

Milli yığma komanda (kişilər)

  • 2016 - Lüksemburq "Novo Cup" beynəlxalq turnir, 3-cü yer
  • 2017 - İslam Həmrəyliyi Oyunları, 2-ci yer

"Rabitə" QVK

  • 2011 - "Rabitə" QVK, Klublararası dünya çempionatı, 1-ci yer
  • 2012 - "Rabitə" QVK, Klublararası dünya çempionatı, 2-ci yer
  • 2012/13 - "Rabitə" QVK, Çempionlar Liqası, 2-ci yer
  • 2013/14 - "Rabitə" QVK, Çempionlar Liqası, 3-ci yer
  • 2011/12 - "Rabitə" QVK, Respublika çempionatı, 1-ci yer
  • 2012/13 - "Rabitə" QVK, Respublika çempionatı, 1-ci yer
  • 2013/14 - "Rabitə" QVK, Respublika çempionatı, 1-ci yer
  • 2014/15 - "Rabitə" QVK, Respublika çempionatı, 1-ci yer

"Azəryol" QVK

  • 2015/2016 - CEV Kuboku, 3-cü yer

"Lokomotiv" QVK

  • 2016/2017 - Respublika çempionatı, 1-ci yer
 
Aşağıdakı linkə daxil olaraq, Ziya Rəcəbovun karyerası haqqında məlumatlarla daha ətraflı tanış ola bilərsiniz.
 
https://az.wikipedia.org/wiki/Ziya_R%C9%99c%C9%99bov#M%C9%99%C5%9Fq%C3%A7i_karyeras%C4%B1

Yazının və Profil şəklinin müəllifi, o cümlədən Wikipedia-dakı yazının və Fotonun müəllifi - Rauf İskəndərov
Digər Fotolar: CEV
Автор статьи и фотографии профиля, а также автор статьи и фотографии в Википедии - Рауф Искендеров.
"Onları tanıyaq" rubrikasında - Ziya Rəcəbov  (Voleybol, FOTOLAR)

"Onları tanıyaq" rubrikasında - Ziya Rəcəbov  (Voleybol, FOTOLAR)
"Onları tanıyaq" rubrikasında - Ziya Rəcəbov  (Voleybol, FOTOLAR)
330     
Reklam

Reklam