» » » Muay tay millimiz Avropa Kubokunda tarix yazdı (FOTOLAR)

Muay tay millimiz Avropa Kubokunda tarix yazdı (FOTOLAR)

Muay tay millimiz Avropa Kubokunda tarix yazdı (FOTOLAR)Bu günlərdə Türkiyənin Antalya şəhərində muay tay idman növü üzrə Avropa kuboku keçirilib. Azərbaycan Muay Tay - Tay Boks Federasiyasından Premyer.az saytına verilən məlumata əsasən, mötəbər yarışda Azərbaycan yığma komandası üç məşqçi, üç hakim və 16 idmançı olmaqla, 22 nəfərlik geniş heyətlə təmsil olunub.
 
Milli komandamızın üzvlərindən Sənan İsmayılov (48 kq, "Laçın" klubu), Əli Əliyev (57kq, "İnam" klubu), Cabbar Mustafayev (63kq, ADRA Rəssamlıq Akademiyası), Məhəbbət Hümbətov (67kq, ADRA Rəssamlıq Akademiyası) qızıl, Cəmil Tekin (54kq, ADRA Rəssamlıq Akademiyası) isə Avropa kuboku yarışlarının gümüş medalını qazanıblar.
 
Səlahəddin Qocayev (45kq, "Laçın" klubu), İlqar Çiraqov (48kq, "Laçın" klubu), Emin Babayev (57kq, "Quba" klubu), Bəhrəm Cəfəri (60kq, "İnam" klubu), Möhübbət Vəlizadə (81 kq, "İnam" klubu), Namik Rəhmətullayev (81 kq, ADRA Rəssamlıq Akademiyası) və Rəfael Məmmədov (86 kq, "İnam" klubu) bürünc medala sahib olublar.
 
Qeyd edək ki, idmançılarımız Avropa Kubokuna 45 gün ərzində Bakıda keçirilmiş təlim-məşqlərdə, Federasiya rəhbəri Azər Həsənsoyun, böyük məşqçi Şəhriyar İsayevin və yığma komandanın məşqçisi Fəxri Əliyevin rəhbərliyi altında hazırlaşıblar.

127