» » » Yeniyetmə güləşçilərimiz Astanadan 3 qızıl medalla qayıdır (FOTOLAR)

Yeniyetmə güləşçilərimiz Astanadan 3 qızıl medalla qayıdır (FOTOLAR)

Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində əməkdar məşqçi A.Kazımbetovun xatirəsinə yeniyetmə güləşçilər arasında beynəlxalq turnir keçirilib. Turnirdə sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandanın üzvləri iştirak edib.

Azərbaycan komandası ilə yanaşı, Özbəkistan, Qırğızıstan, Rusiya və Qazaxıstan pəhləvanlarının iştirak etdiyi turnirdə güləşçilərimiz 3 qızıl medal qazanıb. Əlihəsən Əmirli (45 kq), Elvin Dünyamalıoğlu (65 kq) və Fuad Mayılov (80 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

44