» » » Gimnastlarımız Belçikada 4 qızıl və 1 gümüş medal qazandı!

Gimnastlarımız Belçikada 4 qızıl və 1 gümüş medal qazandı!

Gimnastlarımız Belçikada 4 qızıl və 1 gümüş medal qazandı!Ötən həftəsonu Gent şəhərində (Belçika) keçirilən bədii gimnastika üzrə "Happy Cup” adlı beynəlxalq turnirdə yığma komandamız hesabına 5 medal yazdırıb.
Belə ki, qazanılan medalların sahibəsi, millimizin üzvü Zöhrə Ağamirova 27 iştirakçı arasında qüsursuz çıxışları ilə fərqlənərək, ilk qızılını məhz ən çətin proqramda – çoxnövçülükdə əldə edib.
Bu uğurun ardınca yarış meydançasında öz kompozisiyalarını daha da cəsarətlə icra edən gimnastımız halqa, gürzlər və lentlə də final mərhələlərində bütün rəqiblərini geridə qoyaraq, növbəti 3 qızıl medala yiyələnib və bununla da Gentin idman arenasında düz 4 dəfə Azərbaycan Himnini qürurla səsləndirməyə müvəffəq olub. Zöhrə 1 gümüş medalını isə topla hərəkətlərdə qazanıb.
Turnirdə "yunior” proqramda ölkəmizi təmsil edən gimnastımız Yelizaveta Luzan isə iki finalda çıxış edib. Gənc idmançımız 57 iştirakçı arasında lentlə 4-cü, topla isə 5-ci yerdə qərarlaşıb.  
58     
Reklam

Reklam