» » » Azərbaycan akrobatlarının Avropa uğuru!

Azərbaycan akrobatlarının Avropa uğuru!

Azərbaycan akrobatlarının Avropa uğuru!Dünən Polşanın Jeşuv şəhərində Akrobatika Gimnastikası üzrə 28-ci Avropa Çempionatı (19-22 oktyabr) start götürüb.
 
Premyer.az bildirir ki, yarışların ilk gününü Azərbaycan yığma komandası üçün artıq uğurlu hesab etmək olar. Belə ki, ölkəmizi təmsil etmək üçün Jeşuva yollanmış hər iki qarışıq cütlüyümüz – Ağasif Rəhimov və Nurcan Cabbarlı, həmçinin Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı "yunior” komandalar arasında balans proqramı üzrə finala vəsiqə qazanmağı bacarıblar. Lakin, final mərhələsində yalnız bir cütlüyün iştirakı mümkün olduğundan, məsuliyyətli vəzifəni icra etmək Ağasif və Nurcan cütlüyünün üzərinə düşüb. Həlledici mərhələdə akrobatlarımız onlara olan ümidləri layiqincə doğruldaraq, 27.900 xalla Qitə Çempionatının bürünc medalına nail olublar.
 
Bu gün isə hər iki cütlüyümüz növbəti iki final mərhələsi üçün mübarizəyə qoşulacaqlar. Temp proqramında yarışacaq gimnastlar öz aralarında məhz bu proqram üzrə turnirin son günü baş tutacaq final mərhələsinə vəsiqə qazanan cütlükləri, həmçinin iki proqram üzrə (balans və temp) xalların cəmindən asılı olaraq çoxnövçülükdə də finalçıları müəyyənləşdirəcəklər. 
257     
Reklam

Digər xəbərlər

Reklam