» » » Dünya çempionatında 3-cü yer uğrunda iki Azərbaycan cüdoçusu bir araya gəldi

Dünya çempionatında 3-cü yer uğrunda iki Azərbaycan cüdoçusu bir araya gəldi

Dünya çempionatında 3-cü yer uğrunda iki Azərbaycan cüdoçusu bir araya gəldiMacarıstanda keçirilən dünya çempionatında fərdi yarışlara yekun vurulub. Premyer.az xəbər verir ki, Azərbaycan milli komandası aktivinə daha 2 medal yazdırıb. 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov dünya çempionatının bürünc medalını qazanıb. Elmar 3-cü yer uğrunda görüşdə digər cüdoçumuz Elxan Məmmədova qalib gəlib. Qadınların yarışında ölkəmizi təmsil edən İrina Kindzerska dünya çempionatında yalnız bir görüşdə məğlub olaraq bürünc medala layiq görülüb. Beləliklə cüdo üzrə Azərbaycan milli komandası Budapeşt mundialını 4 medalla (2 gümüş, 2 bürünc) başa vurub. Yarışların ilk günlərində idmançılarımız Orxan Səfərov və Rüstəm Orucov gümüş medal qazanmışdı.
199     
Reklam

Reklam