» » » Azərbaycan millisinin sabiq üzvü dünyasını dəyişdi

Azərbaycan millisinin sabiq üzvü dünyasını dəyişdi

Azərbaycan millisinin sabiq üzvü dünyasını dəyişdiAğır atletika üzrə Azərbaycan millisinin sabiq üzvü, 2004-cü ildə keçirilmiş Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, bolqar idmançı Veliçko Çolakov 35 yaşında dünyasını dəyişib.
 
Premyer.az xəbər verir ki, ölümün əsas səbəbi hələ ki bilinmir. Mərhumun qohum və yaxınlarının mətbuata verdikləri açıqlamaya əsasən, Veliçko son zamandan ürəyindən şikayətlənirdi.
 
İdmançı karyerası ərzində Çolakov Avropa çempionu və dünya çempionatının mükafatçısı da olub. 2008-ci ildə, digər 10 bolqar ağır atleti ilə birlikdə, Pekin Olimpiadası öncəsi dopinq-testdən keçə bilməyən Çolakov 4 illik müddətinə idman yarışlarından kənarlaşdırılmışdı.
 
Diskvalifikasiya müddəti bitəndən sonra Azərbaycan vətəndaşlığını qəbul edən idmançı, London-2012 Olimpiadasına hazırlaşmağa başlamışdı. Yalnız çox keçmədən, ürək problemlərinə görə bütün yarışlarda iştirak etməkdən imtina etmişdir.
 
Azərbaycan millisinin digər bolqar üzvü Valentin Xristov, Premyer.az saytına açıqlamasında mərhumun  iki övladının qaldığını və bu qəfil ölümün ona çox pis təsir etdiyini bildirib.
 
Premyer.az saytının kollektivi mərhuma Allahdan rəhmət, yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin...
 
 

151