» » » Güləş yığmalarımız Dünya çempionatına hazırlaşır?

Güləş yığmalarımız Dünya çempionatına hazırlaşır?

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn Dünya çempionatına hazırlıqları davam etdirir. 

Premyer.az AGF-yə istinadən xəbər verir ki, Yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar məşqlərini Olimpiya Güləş Mərkəzində, qadın güləşçilər isə Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında davam etdirir. 

Yunan-Roma güləşi yığmasının təlim-məşq toplanışı avqustun 3-dən başlayıb və çempionata yola düşənə qədər davam edəcək. 

Avqustun 7-dən Ukraynaya yollanan qadın güləşçilərimiz isə ayın 21-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcək. 

Sərbəst güləşçilərin təlim-məşq toplanışı avqustun 6-dan başlayıb və 20-dək davam edəcək. 

Məlumat üçün bildirək ki, Dünya çempionatı 21-26 avqust tarixlərində Fransanın paytaxtı Paris şəhərində baş tutacaq. Proqrama əsasən, 21-22 avqustda yunan-Roma, 23-24 avqustda qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə avqustun 25-26-da xalça üzərinə çıxacaq.
 
 
p.s. Adətən yayımladığı xəbərlərin 99%-ni fotoşəkillərlə müşaiyət edən AGF, bu dəfə öz ənənəsinə sadiq qalmayıb. Bu da, məlum hadisələrdən sonra, oxucularımızda müəyyən suallar doğurmaya bilməz.....
175     
Reklam

Reklam