» » » Rəsul Çunayev: "Zalda içməyə su belə verilmir.." (FOTOLAR)

Rəsul Çunayev: "Zalda içməyə su belə verilmir.." (FOTOLAR)

Daha öncə də premyer.az-ın xəbər verdiyi kimi, bu gün güləşçilərimiz etiraz aksiyası keçirib.
 
Aksiya zamanı yenicag-a açıqlama verən Yunan-Roma güləşi üzrə dünya çempionu, "Rio-2016″nın bürünc mükafatçısı Rəsul Çunayev etirazını bu şəkildə dilə gətirib:
 
"Təlim-məşq toplanışı keçmirik. Bir ildir ki, federasiya tərəfindən maaşlar, mükafatlar verilmir. Biz dövlətimizi, vətənimizi təmsil edirik. Əsgərin silahı olduğu kimi, bizim də silahımız təlim-məşq toplanışlarıdır. Yarışlarda nəticə göstərməyəndə də tənqid olunuruq. Şərait yaradılanda yüksək səviyyədə çıxış etmişik. Zalda içməyə su belə verilmir. Məşqçilər, işçilər hamısı çıxıb gedib. Cənab Prezidentimizin dəstəyi ilə yarışlarda yüksək səviyyədə çıxış etmişik. Ancaq indiki problemlərə görə çıxılmaz vəziyyətdə qalmışıq. 3 həftədən sonra dünya çempionatına getməliyik. Uşaqların yarıdan çoxu zədəlidir.
Heç birinin müalicə olunmaq imkanı yoxdur. Məni də müalicə etmədilər, öz hesabıma əməliyyat olundum. Təsəvvür edin, əməliyyat olunmaq üçün 3 ay gözləmişəm. Aramızda elə uşaqlar var ki, məşqə gələ bilmirlər. Vəziyyət o qədər acınacaqlıdır ki, xidmətçilər deyir ki, maşınınızı yuyaq, bizə 5-10 manat verin. Getdik təlim-məşq toplanışına, yemək olmadığı üçün bizi oteldən çıxartdılar. Bir nəfər də çıxıb demir ki, maliyyə niyə ayrılmır. "Bu gün- sabah” deyə-deyə ilyarımdır problemlər davam edir”.
 
FOTOLAR: SALAMNEWS

Rəsul Çunayev: "Zalda içməyə su belə verilmir.." (FOTOLAR)
Rəsul Çunayev: "Zalda içməyə su belə verilmir.." (FOTOLAR)
Rəsul Çunayev: "Zalda içməyə su belə verilmir.." (FOTOLAR)
Rəsul Çunayev: "Zalda içməyə su belə verilmir.." (FOTOLAR)
527     
Reklam

Reklam