» » » Hacı Əliyev: "Günahkar birbaşa federasiyadır"

Hacı Əliyev: "Günahkar birbaşa federasiyadır"

Hacı Əliyev: "Günahkar birbaşa federasiyadır"Daha öncə də premyer.az saytının xəbər verdiyi kimi, bu gün güləşçilərimiz etiraz aksiyası keçirib.
 
Aksiya zamanı Sərbəst güləş üzrə millimizin üzvü Hacı Əliyev yenicag.az-a aşağıdakıları bildirib: "İlk növbədə cənab Prezidentimizə təşəkkür edirəm ki, bizə hər bir şəraiti yaratmışdı. Amma bu gün bir sıra problemlərlə qarşılaşmışıq. "Rio-2016″da 9 medal qazanmışdıq. Bu, zarafat rəqəm deyil. Bizim bura yığışmağımızın məqsədi odur ki, bu qədər gənclərimiz ciddi problemlərlə üzləşiblər. Yarıdan çoxu kasıb uşaqlardır. Hamısı bayraq ucaltmaq arzusu ilə alışıb-yanırlar. Günahkar birbaşa federasiyadır. Olimpiadada qazandığımız mükafatları da almamışıq. 15 aydır ki, maaş üzünə həsrətik. Dünya çempionatına çox az vaxt qalıb. Bu şəkildə yarışa getməkdənsə, getməmək yaxşıdır”.
 
 
 
1138     
Reklam

Reklam