» » » Gənc cüdoçularımız Avropa Kubokunda 13 medal qazandı!

Gənc cüdoçularımız Avropa Kubokunda 13 medal qazandı!

Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən gənclərin cüdo üzrə Avropa kuboku yarışına yekun vurulub.
 
Premyer.az xəbər verir ki, mötəbər birinciliyin sonuncu günü də Azərbaycan cüdoçuları üçün uğurlu olub. Gənclərdən ibarət milli komandamız aktivinə daha 2 medal yazdırıb. 100 kq çəki dərəcəsində yarışan cüdoçularımız - Zelim Kotsoyev və Musa Şəkərəliyev bütün rəqiblərinə qalib gələrək finala çıxıblar. Azərbaycan duelinin qalibi Zelim olub.
 
Beləliklə gənc cüdoçularımız Praqada 4 qızıl, 5 gümüş və 4 bürünc medal qazanıblar. Qeyd edək ki, 27 ölkədən 308 (177 oğlan, 131 qız) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 20 cüdoçu (15 oğlan, 5 qız) ilə təmsil olunub.
192     
Reklam

Reklam