» » » "Onları tanıyaq" rubrikasında - qaydasız döyüşçü Ehtiram Dərişov (FOTOLAR)

"Onları tanıyaq" rubrikasında - qaydasız döyüşçü Ehtiram Dərişov (FOTOLAR)

"Onları tanıyaq" rubrikasının növbəti qonağı - qaydasız döyüşçü Ehtiram Dərişovdur.
 
Premyer.az saytının "Wikipedia" Layihəsi çərçivəsində, "Onları tanıyaq" rubrikasının növbəti qonağı, 28.12.1988-ci ildə Qax rayonunun Zərnə kəndində anadan olmuş, qaydasız döyüş və pankration üzrə dünya çempionu, dünya Kubokunun sahibi, 5 qat Avropa çempionu, dəfələrlə Azərbaycan çempionu və bir sıra digər yerli və beynəlxalq turnirlərin qalibi və mükafatçısı , "Neftçi" idman klubunun idmançısı - Ehtiram Dərişovdur.

Ehtiram 5-ci sinifdə oxuyarkən sərbəst güləşlə, 2006-cı ildən etibarən qaydasız döyüş və kunq-fu ilə, 2007-ci ildən universal döyüşlə, 2010-cu ildən etibarən isə pankrationla məşğul olmağa başlayıb.
 
Əlbəyaxa döyüş və pankration üzrə idmançının məşqçisi - əməkdar məşqçi Dülgər Əsgərovdur.
 
1 yanvar 2010-cu ildə əlbəyaxa döyüş növündən imtahan verərək, I dərəcəli qəhvəyi kəmərə layiq görülüb.
 
20 may 2014-cü ildə pankration üzrə idman ustası adına layiq görülüb. Evlidir, bir oğlu var.
 
Aşağıdakı linkə daxil olaraq, idmançının karyerası haqqında daha ətraflı məlumatlarla tanış ola bilərsiniz:
 
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B0%D1%80%D0%B8%
 
Wikipedia-dakı yazının və bütün fotoların müəllifi - Rauf İskəndərov
Автор статьи и всех фотографий (в том числе и в Википедии) - наш корреспондент Рауф Искендеров.
"Onları tanıyaq" rubrikasında - qaydasız döyüşçü Ehtiram Dərişov (FOTOLAR)
"Onları tanıyaq" rubrikasında - qaydasız döyüşçü Ehtiram Dərişov (FOTOLAR)
180