» » » "Onları tanıyaq" rubrikasında - muay tay döyüşçüsü Mirfaiq Qəniyev (FOTOLAR)

"Onları tanıyaq" rubrikasında - muay tay döyüşçüsü Mirfaiq Qəniyev (FOTOLAR)

"Onları tanıyaq" rubrikasının növbəti qonağı - muay tay döyüşçüsü Mirfaiq Qəniyevdir.
 
Premyer.az saytının "Wikipedia" Layihəsi çərçivəsində, "Onları tanıyaq" rubrikasının növbəti qonağı, 02.02.2000-ci ildə Lerikdə anadan olmuş, muay tay üzrə gənclər arasında Avropa çempionu, Avropa Kubokunun qızıl mükafatçısı, dəfələrlə Azərbaycan çempionu və bir sıra digər yerli və beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuş - Mirfaiq Qəniyevdir.

Çox gənc yaşında olmasına baxmayaraq, Mirfaiq nəinki muay tay, hətda kikboksinq, uşu-sanda və digər döyüş növlərində də ciddi uğurlara imza atmışdır.
 
Muay tay döyüş növü ilə 2014-cü ildə "RAİQ" klubunda  məşğul olmağa başlayan idmançı, qısa müddət ərzində, məşqçisi Şəhriyar İsayevin başçılığı və Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoyun dəstəyi ilə önəmli nailiyyətlər əldə etmişdir.
 
Mirfaiq artıq peşəkar rinqdə 3 döyüş keçirmiş və bunların ikisində qələbə qazanmışdır.
 
Aşağıdakı linkə daxil olaraq, idmançının karyerası haqqında daha ətraflı məlumatlarla tanış ola bilərsiniz:
 
 
Wikipedia-dakı yazının və bütün fotoların müəllifi - Rauf İskəndərov
Автор статьи и всех фотографий (в том числе и в Википедии) - наш корреспондент Рауф Искендеров.

268