» » » Azərbaycan millisi Ermənistanı darmadağın etdi

Azərbaycan millisi Ermənistanı darmadağın etdi

Kişilərdən ibarət həndbol üzrə milli komandamız Bolqarıstanda keçirilən "Challenge Trophy”də növbəti görüşünə çıxıb.
 
Premyer.az xəbər verir ki, yığmamız 9-16-cı yerlər uğrunda ilk görüşündə Ermənistan millisi ilə qarşılaşıb. Həndbolçularımız rəqibini 39:21 hesabı ilə məğlub edib. 
 
Qeyd edək ki, qrup mərhələsində Andorranı məğlub edən (31:22) Azərbaycan millisi, Bolqarıstan (34:41) və Kiprə uduzduğundan medal qazanmaq şansını itirib.

205