» » » Azərbaycanlı pəhləvanların "America's Got Talent 2017" şousunda inanılmaz çıxışı (FOTO, TAM VİDEO)

Azərbaycanlı pəhləvanların "America's Got Talent 2017" şousunda inanılmaz çıxışı (FOTO, TAM VİDEO)

Azərbaycanlı pəhləvanların "America's Got Talent 2017" şousunda inanılmaz çıxışı (FOTO, TAM VİDEO)Dünyaca məhşur "America's Got Talent" şousunun dünənki buraxılışında Azərbaycandan olan Hüseyn və Laçın Pəhləvanoğlu qardaşları öz inanılmaz və qorxulu çıxışları ilə münsiflər heyətini və tamaşaçıları heyrətə gətirib.

Premyer.az xəbər verir ki, pəhləvanlarımızdan biri öz çıxışı zamanı ilk öncə əlləri, daha  isə başı ilə mismarları taxtaya vuraraq, hər kəsi şoka salıb. Bundan sonra mismar üzərinə uzanan digər pəhləvanımız, ağır çəkili insanı sinəsi üzərinə çıxardıb. Sonda isə zaldan bir könüllü çağıraraq, boğazı üzərinə qoyduğu qazma belinin üstünə çıxmağa məcbur edib. Bir-birindən təhlükəli nömrələr münsiflər heyətini və zaldakı tamaşaçıları şoka salıb.
 
Göstərdikləri hərəkətlərin insan həyatı üçün təhlükəli olduğunu nəzərə alaraq, 4 münsiflər heyətindən ikisi, çıxış zamanı qırmızı düyməyə basıb. Lakin buna baxmayaraq, onlardan biri sonda fikrini dəyişdiyi üçün, münsiflərdən 3 "Hə" alan qubalı qardaşlar növbəti mərhələyə çıxmağı bacarıblar.
Azərbaycanlı pəhləvanların "America's Got Talent 2017" şousunda inanılmaz çıxışı (FOTO, TAM VİDEO)
255     
Reklam

Reklam