» » » İslam Oyunlarının Bağlanış mərasimində Azərbaycan bayrağını daşıyacaq idmançı açıqlandı

İslam Oyunlarının Bağlanış mərasimində Azərbaycan bayrağını daşıyacaq idmançı açıqlandı

İslam Oyunlarının Bağlanış mərasimində Azərbaycan bayrağını daşıyacaq idmançı açıqlandı"Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandasının bayraqdarının kimliyi müəyyənləşib.
Premyer.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu şərəfə cüdoçumuz Elxan Məmmədov layiq görülüb.
Dünya və Avropa çempionu olan Elxan Məmmədov, IV İslam Həmrəyliyi oyunlarının fərdi və komanda yarışlarında da çempion adını qazanıb. 
Oyunların rəsmi bağlanış mərasimi sabah, mayın 22-də keçiriləcək.
Qeyd edək ki, aşılış mərasimində ölkəmizin bayraqdarı - dünya karatesinin "senseyi" adını daşıyan Rafael Ağayev olmuşdur.
 
Foto: Rauf İskəndərov / Premyer.az
329     
Reklam

Reklam