» » » Azərbaycan idmançısı suyatullanma yarışlarında qızıl medal qazanıb

Azərbaycan idmançısı suyatullanma yarışlarında qızıl medal qazanıb

Azərbaycan idmançısı suyatullanma yarışlarında qızıl medal qazanıbMayın 19-da IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suyatullanma yarışlarında Azərbaycan idmançısı qızıl medal qazanıb.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, qadınlar arasında 10 metr platformadan suyatullanma yarışında fəxri kürsünün ən yüksək pilləsinə Azərbaycan idmançısı Olqa Bıkovskaya qalxıb. O, final mərhələsində 275,80 xal toplayaraq çempion olub.
Yarışın gümüş medalına isə indoneziyalı Della Harimurti layiq görülüb. O, 167,70 xal toplayıb. Bürünc medalı isə 161,95 xalla türkiyəli idmançı Sinəm Sağlam aktivinə yazdırıb.
147